Cəmiyyət
Sürüşmə baş verən Altıağac-Xızı yolunda SON VƏZİYYƏT - VİDEO
İntensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac-Xızı avtomobil yolunda Azərbaycan Prezidentinin sərəncamına əsasən bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika cəlb olunub. Sürüşmə nəticəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, həmçinin yol yatağının möhkəmləndirilməsi istiqamətində işlər aparılır.
Əsas məqsəd nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır. Eyni zamanda, yağıntılı hava şəraitinin yaratdığı risklərin minimuma endirilməsi üçün əlavə qabaqlayıcı tədbirlər də görülür. Prezident sərəncamına əsasən, təkcə Altıağac-Xızı yolunda deyil, ölkə üzrə ümumilikdə 25 avtomobil yolunda yağış və sel sularının törətdiyi fəsadların aradan qaldırılması nəzərdə tutulub. Bu çərçivədə zərər görmüş yol infrastrukturlarının bərpası, körpü və suötürücü qurğuların təmiri, eləcə də təhlükəli ərazilərdə mühafizə tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Mənbə
oxu.az