Cəmiyyət

Bazarda qiymət dinamikasında ən yüksək artım hansı sinif avtomobillərində müşahidə olunub?

12 May 2026, 15:02 1 baxış
Bazarda qiymət dinamikasında ən yüksək artım hansı sinif avtomobillərində müşahidə olunub?
Avtomobil bazarında qiymət dinamikasında ən yüksək artım SUV və ekonom sinif avtomobillərində müşahidə olunub. SUV və krossoverlərin orta bazar qiyməti aprel ayında 39 min 100 manata yüksələrək baza dövrü ilə müqayisədə 11.1%, mart ayı ilə müqayisədə isə 1.8% artıb. Ekonom sinif avtomobillərdə isə qiymətlər dekabr ayı ilə müqayisədə 10%, aylıq müqayisədə isə 1.4% yüksəlib. Palatadan Oxu.Az-a bildirilib ki, qiymət artımı davam etsə də, əvvəlki aylarla müqayisədə artım tempində zəifləmə müşahidə olunub. Belə ki, orta sinif avtomobillərdə artım 7.6%, premium seqmentdə isə 4.1% təşkil edib. Ekspertlər bunu istehlakçıların həm daha əlçatan, həm də ailəvi istifadə üçün funksional avtomobillərə üstünlük verməsi ilə əlaqələndirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər