Cəmiyyət
Eldar Salahov: "İkinci quru yük gəmisinin də istifadəyə verilməsi nəzərdə tutulur"
"İlin sonuna qədər texniki göstəriciləri eyni olan ikinci quru yük gəmisinin də istifadəyə verilməsi nəzərdə tutulur". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Dəmir Yollarının (ADY) tərkibində fəaliyyət göstərən "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov "Qədəmli" gəmisinin qarşılanma mərasimində deyib. Bildirilib ki, "Mənzil" adlanacaq yeni gəmi də Türkmənistanın Balkan gəmiqayırma təsisatında istehsal olunub. Belə ki, bu "Qədəmli" və "Mənzil" gəmilərinin fəaliyyətə başlaması konteyner daşımalarının həcminin bir neçə faiz artmasına imkan yaradacaq.
Mənbə
oxu.az