Cəmiyyət
Yeni Yasamal sakinləri həyətin zibillənməsindən şikayətçidirlər - FOTO
Bakı şəhəri, Yeni Yasamal yaşayış massivinin sakinləri həyətin təmizlənməməsindən şikayətçidirlər. Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildiriblər ki, Məhəmməd Xiyabani küçəsi, 1 ünvanında yerləşən 13-cü binanın həyəti tullantılarla zibillənib. Sakinlərin narazılığına cavab olaraq, Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazi mütəmadi təmizlənir: "Sonuncu dəfə 5 gün əvvəl təmizlənib. Sabahdan həmin ərazidə iməcilik təşkil olunacaq".
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az