Cəmiyyət
Bakıda güclü yanğınla mübarizədən GÖRÜNTÜLƏR - FOTOREPORTAJ
Hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın müşahidə edilir. Belə ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib. Fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib. Ərazidə zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilib. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Oxu.Az PhotoStock.az-a istinadən yanğın baş verən ərazidən fotoları təqdim edir:
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az