Cəmiyyət

Azərbaycanda yeni universitet yaradıla bilər

12 May 2026, 12:16 1 baxış
Azərbaycanda yeni universitet yaradıla bilər

Rusiya ilə Azərbaycan arasında son zamanlar zəifləmiş mədəni və humanitar əlaqələri yenidən canlandırmağın vaxtıdır.


Axar.az Bizim.Media-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin TASS-a verdiyi müsahibədə bildirib.


Diplomat vurğulayıb ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlığı təsəvvür etmək mümkün deyil:


"Bizim perspektivli layihələrimiz var, məsələn, Azərbaycanda Sankt-Peterburq Dövlət Universitetinin nəzdində birgə universitetin yaradılması, iki ölkənin Moskva və Bakıda səfirlikləri nəzdində məktəblərin yaradılması kimi”.

Mənbə axar.az

Oxşar Xəbərlər