Cəmiyyət

Xaçmazda AĞIR QƏZA: 60 yaşlı kişi həlak oldu

12 May 2026, 11:18 1 baxış
Xaçmazda AĞIR QƏZA: 60 yaşlı kişi həlak oldu
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə mayın 11-də saat 21 radələrində Gəndob-Yalama yolunun 22-ci kilometrliyində, Canaxır kəndi ərazisində qeydə alınıb. Belə ki, Qobuqırağı kənd sakini, 1991-ci il təvəllüdlü Mübariz Tahirov idarə etdiyi VAZ-2110 markalı avtomobili ilə yolu keçmək istəyən həmkəndlisi, 1966-cı il təvəllüdlü Tərlan Tahirmirzə oğlu Məmmədovu vurub. Nəticədə T.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər