Cəmiyyət

Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı - Foto

12 May 2026, 09:33 1 baxış
Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı - Foto

Sabirabadda zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində, "Mersedes Vito" markalı mikroavtobus, VAZ-2109, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verib.


Qəza nəticəsində VAZ-2109-un sürücüsü, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü İbrahim Səxavət oğlu Qurbanov hadisə yerində ölüb.


Digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər