Cəmiyyət
Saxladığınız ev heyvanına görə cərimə oluna bilərsiniz - Qanun nə deyir?
Ev heyvanları bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar təkcə evdə deyil, gündəlik gəzintilərdə və səfərlərdə də sevimli heyvanlarını özləri ilə aparmağa üstünlük verirlər. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu ev heyvanlarının ictimai nəqliyyatda daşınması ilə bağlıdır. Ev heyvanları ictimai nəqliyyatda daşına bilərmi?
Bakı Metropolitenindən istifadə qaydalarında qeyd olunur ki, aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərti ilə kiçik ev heyvanları və quşların gediş haqqı ödənilmədən daşınmasına icazə var. Həmçinin avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarında da vurğulanır ki, daşınma haqqı ödənilmədən özü ilə bu Qaydaların 5.2-ci bəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmayan bir yer həcmində baqaj, əl yükünü, uşaq arabasını, həmçinin qəfəsdə xırda heyvanları və quşları aparmaq olar. Məlumat üçün qeyd edək ki, sözügedən qaydanın 5.2-ci bəndində bildirilir: müntəzəm avtobus marşrutlarında sərnişin müəyyən edilmiş tariflər əsasında daşıma haqqını ödəməklə, ölçüləri 60x40x20-dən 100x50x30 sm-dək və hər birinin çəkisi 60 kq-dan çox olmayan iki ədəd baqajın baqaj bölmələrində, baqaj bölmələri olmadıqda isə avtobusun salonunda (baqaj daşınması üçün salonda xüsusi yer olduqda) apara bilər. Bu pozuntulara görə hansı cərimələr nəzərdə tutulur? İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində qeyd olunur ki, ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulur.

Mənbə
oxu.az