Cəmiyyət
Komitə rəsmisi: "Xüsusi qayda yoxdursa, memara "bunu belə edin" demək mümkün deyil"
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daxilində yaşıl həllər ilə bağlı qaydalar hazırlana bilər". Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Şahnaz Bədəlova Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, qaydalar hazırlanarkən şəhərin iqlimi nəzərə alınmalı, ekoloji məsələlərə diqqət yetirilməlidir: "Qaydaların hazırlanması, onların tətbiqi xeyli vaxt alan məsələdir. Qaydaları bu gün hazırlayıb tətbiq etmək olmur. Hansı şəhərlərə sıfırdan baxmağa imkan varsa onlara diqqət edilir. Torpaqların layihələndirilməsində baxılır ki, bəzi ərazilərdə torpaq qatı yağış sularını udur və yaranacaq fəsadların qarşısını alır. Binaların tikintisində işıqlanma, izolyasiya məsələlərinə diqqət yetirilir. Əgər hər hansı problemlə bağlı xüsusi qayda yoxdursa, memara "bunu belə edin" demək mümkün deyil".
Mənbə
oxu.az