Cəmiyyət
Azadlıq prospektindəki nişan sürücüləri ÇAŞDIRDI: "Giriş qadağandır, yoxsa?.." - FOTO
Bakının Azadlıq prospekti ilə Qulu Quliyev küçəsinin kəsişməsində quraşdırılan yol nişanı sürücülərin çaşqınlığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
İddialara görə, ərazidə yerləşdirilən "giriş qadağandır" nişanı maneənin arxasında qaldığından sürücülər tərəfindən görünmür. Şikayətdə bildirilib ki, nişanın görünməməsi sürücülərin hərəkət istiqamətini müəyyənləşdirməsində çətinlik yaradır. "Üstəlik, nişan girişin qadağan olunduğunu göstərdiyi halda, küçədə ödənişli parklanma yerləri də təşkil edilib. Bu isə həmin istiqamətdə hərəkətin qadağan olunmadığı təəssüratı yaradır", - deyə paylaşımda qeyd olunub. Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə quraşdırılan nişan naməlum səbəbdən istiqamətini dəyişib. "Artıq nişanın istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb", - deyə məlumatda bildirilib.

Mənbə
oxu.az