Cəmiyyət
Xaçmazdakı yaşayış məhəlləsində yaranan ANTİSANİTAR vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
"Xaçmaz rayonunun "61-ci məhəllə" adlanan ərazisində meydana çıxan antisanitar vəziyyət tamamilə aradan qaldırılıb". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Xaçmaz Rayon İcra Hakimiyyətindən (RİH) verilib. "Əraziyə tərəfimizdən baxış keçirilib və lazımı təmizlik işləri aparılıb. Qeyd edək ki, həmin əraziyə sakinlər tərəfindən məişət tullantıları yox, tikinti materialları atılıb", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, ötən gün "61-ci məhəllə" deyilən ərazisində yaşayan bəzi sakinlərin məişət tullantılarını yol kənarına atmaları nəticəsində ərazidə antisanitar vəziyyət yaranması ilə bağlı məlumat vermişdik.

Mənbə
oxu.az