Cəmiyyət

İdarə heyətinin sədri: "Ölkəmizdə bəzi kəndlərin yeri düzgün seçilməyib" - FOTO

08 May 2026, 15:52 1 baxış
İdarə heyətinin sədri: "Ölkəmizdə bəzi kəndlərin yeri düzgün seçilməyib" - FOTO
"Bəzi rayonlarda çay yataqlarında kəndlərin salınması gələcəkdə baş verə biləcək problemlərə qarşı qabaqlayıcı tədbirlər görmək məcburiyyəti yaradır". Oxu.Az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) İdarə heyətinin sədri Mirsalam Qənbərov qurumda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, ölkəmizdə salınan bəzi kəndlərin yeri düzgün seçilməyib: "Çay yatağında kəndlər salınıb. Müəyyən müddət keçdikdən sonra sel, daşqın olsa, problemlər baş qaldıracaq. Qabaqlayıcı tədbirlərin görülməsi, bəndlərin inşası məcburiyyəti yaranacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər