Cəmiyyət
Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib. Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur. Fotoda general-leytenant Ceyhun Həsənov
Mənbə
oxu.az