Cəmiyyət

Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - VİDEO

06 May 2026, 13:36 1 baxış
Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - VİDEO
Bakıda nəqliyyatın hərəkətinin intensiv olduğu Heydər Əliyev prospektində sahibsiz atın hərəkət zolağına çıxması sürücülərin təəccübünə və narahatlığına səbəb olub. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə hadisə ilə bağlı videogörüntü paylaşılıb.
Belə ki, metronun "Koroğlu" stansiyasının qarşısında hərəkət zolağına çıxan sahibsiz at nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm də sürücüləri təhlükə ilə üz-üzə qoyub. Atın haradan qaçdığı və kimə məxsus olduğu məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər