Cəmiyyət
Səbaildə təhlükəli yol: Lüklər sürücülər üçün risk yaradır - VİDEO
Bakının Səbail rayonu ərazisində yollardan birində sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilir ki, A.İsmayılov küçəsində yağış sularının axıdılması üçün nəzərdə tutulan lüklərin üstündə olan barmaqlıqlar düzgün quraşdırılmayıb. Bundan əlavə lüklərin ətrafında yaranmış çökmə də aradan qaldırılmır. Bu vəziyyət isə hərəkət iştirakçıları, xüsusilə sürücülər üçün ciddi təhlükə yaradır və qəza riskini artırır. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə yağış barmaqlıqlarının ətrafındakı asfalt qatının bərpası üçün aidiyyəti üzrə müraciət olunub: "Yaxın günlərdə məsələ öz həllini tapacaq".

Mənbə
oxu.az