Cəmiyyət
Bakı Metropolitenində yeni təyinat - FOTO
"Bakı Metropoliteni" QSC-də yeni təyinat olub. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib. Məlumatı "Bakı Metropoliteni" QSC-dən təsdiqləyiblər. Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə "Azərbaycan Dəmir Yolları" QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib.
Mənbə
oxu.az