Cəmiyyət
Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
Bakı Metropoliteni QSC-də kadr dəyişikliyi olub.
Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib.
Məlumat Bakı Metropoliteni QSC-dən təsdiqlənib.
Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə Azərbaycan Dəmir Yolları QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib.
Mənbə
axar.az