Cəmiyyət
Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq
Sabunçu rayonu, A.Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. Oxu.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Sərəncama əsasən, Sabunçu rayonu, A.Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. Həmçinin xəttin bərpası da nəzərdə tutulub.
Mənbə
oxu.az