Cəmiyyət
Məktəblərdə keçirilən monitorinqlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
"Regional təhsil idarələri və hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq çərçivəsində bir qisim məktəbdə monitorinqlər həyata keçirilir". Oxu.Az xəbər verir ki, ki bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, monitorinq son günlərdə baş verən hadisələr fonunda həyata keçirilir: "Şagird intizam qaydalarında məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında tapılması halları ciddi nəzarətə götürülür". Eşqi Bağırov əlavə edib ki, illik plana uyğun olaraq hüquq-mühafizə orqanlarının, habelə Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə şagird və valideynlər ilə görüşlər keçirilir.

Mənbə
oxu.az