Cəmiyyət
Fəlsəfə doktoruna yüksək vəzifə verildi
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub.
Axar.az xəbər verir ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru Qədir Xəlilov təyin edilib.
O, 2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə rəhbəri olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, bundan öncə Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova idi. O, ötən gün vəzifəsindən azad edilib.
Mənbə
axar.az