Cəmiyyət
Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.
Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülmüşdü.
Mənbə
axar.az