Cəmiyyət

Bu gün Bakının bu rayonlarında qaz olmayacaq

28 Apr 2026, 01:56 2 baxış
Bu gün Bakının bu rayonlarında qaz olmayacaq

Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.


Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Qeyd olunub ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər