Cəmiyyət

Orxan Bayramova yeni vəzifə verildi

24 Apr 2026, 15:12 2 baxış
Orxan Bayramova yeni vəzifə verildi
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat olub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib. Bununla da "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub. Xatırladaq ki, Orxan Bayramov 2013-2017-ci illərdə ASA-nın sədri, 2017-2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru vəzifəsində çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər