Digər

Peşekian və Trampa çağırış etdim ki... - Makron

14 Apr 2026, 20:34 1 baxış
Peşekian və Trampa çağırış etdim ki... - Makron

ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla danışıqlar apardım və hər iki tərəfi İslamabadda görüşləri bərpa etməyə çağırdım.


Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.


“Dünən İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Trampla danışdım. İslamabadda dalana dirənmiş danışıqların bərpasına, anlaşılmazlıqların aydınlaşdırılmasına və gələcəkdə gərginləşmənin qarşısının alınmasına çağırdım”, - Makron bildirib.


Fransa lideri həmçinin münaqişənin bütün tərəflərinin, o cümlədən Livanla bağlı atəşkəsə riayət etməsinin vacibliyinə diqqət çəkib:


“Eyni dərəcədə vacib məsələ Hörmüz boğazının gəmilərin keçidi üçün heç bir məhdudiyyət və ya ödəniş olmadan tez bir zamanda açılmasıdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər