Dünya
Macarıstanda nazir olacaq siyasətçi çılğın rəqsi ilə gündəmə gəldi - VİDEO
Macarıstanın səhiyyə nazirliyinə real namizəd, seçkilərdə qalib gələn "Tisa" ("Hörmət və Azadlıq") partiyasının fəalı və ixtisası ortopedik cərrah olan Jolt Heqedyuş çılğın rəqsi ilə diqqət mərkəzinə düşüb. Oxu.Az xəbər verir ki, rəsmi şəxsin ictimai yerlərdə rəqs etdiyi anların videosu internetdə yayılıb.
Kadrlarda macar siyasətçinin səsvermənin nəticələrini qeyd edərkən səhnədə oynadığı görünür. Qeyd edək ki, Macarıstanda parlament seçkisi zamanı 45 yaşlı Peter Madyarın rəhbərlik etdiyi müxalifətdəki "Tisa" partiyası səslərin 53.69%-ni toplayaraq qalib gəlib. Seçkidən qalib ayrılan partiya parlamentdəki 199 yerdən 138-ni qazanıb.

Mənbə
oxu.az