Digər

İran ordusunu məhv etdik - Heqset

08 Apr 2026, 16:58 1 baxış
İran ordusunu məhv etdik - Heqset

İran atəşkəs üçün yalvarırdı.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, hərbi əməliyyatlar döyüş meydanında tarixi bir zəfər idi.


“İran ordusunu məhv etdik”, - nazir qeyd edib.


Heqset vurğulayıb ki, 40 gündən az müddətdə Mərkəzi Komandanlıq - ABŞ hərbi potensialının 10 faizdən aşağı hissəsindən istifadə edərək dünyanın ən böyük ordularından birini məhv edib:


“Bütün məqsədlərə çatdıq. İranın donanması dənizin dibindədir, Hərbi Hava Qüvvələri, hava hücumundan müdafiə sistemləri, raket proqramı, raket qurğuları, istehsal müəssisələri məhv edilib”.

Mənbə axar.az

Oxşar Xəbərlər