Cəmiyyət

Ləhiş bağlarında yaşayış evindən ilan çıxıb - FOTO - VİDEO

01 Apr 2026, 15:40 2 baxış
Ləhiş bağlarında yaşayış evindən ilan çıxıb - FOTO - VİDEO
Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Ləhiş bağlarında yaşayış evindən ilan çıxıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Görüntülərdə ilanın qapı ilə divar arasındakı boşluqda məskunlaşdığı əks olunub. Bildirilib ki, ilan sonradan zərərsizləşdirilib. Məsələ ilə bağlı "ilanlar niyə evlərə daxil olur" sualına aydınlıq gətirmək üçün mütəxəssisə müraciət edilib. Oxu.Az-a açıqlama verən Canlı Sistemlərin Tədqiqi İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərov bildirib ki, evlərdə, damlarda və zirzəmilərdə ilanların görünməsi, əsasən, onların qışlama dövrü ilə bağlıdır:
"İlanlar qış aylarında hava şəraiti sabit və nisbətən isti olan yerləri seçərək həmin məkanlarda gizlənirlər. Son aylarda temperaturun nisbətən sabit qalması və bəzi hallarda evlərin içərisinin isti olması onların bu yerlərdə qışlamasına şərait yaradır. Adətən qışlama müddətində ilanlar evlərin zirzəmilərində, divar çatlarında və ya dam hissələrində gizlənmiş vəziyyətdə olur. Havaların isinməsi ilə, xüsusilə də mart ayının sonu və aprel ayının əvvəlində onlar fəallaşmağa başlayır və artıq gözə görünürlər. Bu səbəbdən evdə ilan müşahidə olunması o deməkdir ki, həmin ilanlar qışlama dövrünü elə həmin evdə - zirzəmidə, divar çatlarında və ya dam örtüyündə keçiriblər. İndi isə temperaturun yüksəlməsi ilə əlaqədar aktivləşiblər. Belə hallarda təşvişə düşmək lazım deyil, lakin ehtiyatlı olmaq vacibdir. Çünki Abşeron ərazisində zəhərsiz ilanlarla yanaşı, su ilanları, təlxələr və zəhərli növlərdən olan gürzələrə də rast gəlinir. Əgər evdə ilan görsəniz, ona yaxınlaşmaq və ya onu qovmağa çalışmaq tövsiyə edilmir. Ən düzgün addım, ilanın üzərinə bir parça, məsələn, pencək və ya digər örtük ataraq onun hərəkətini məhdudlaşdırmaqdır. Bu zaman ilan özünü təhlükədən qorunduğu kimi hiss edir və uzun müddət həmin örtüyün altında qalır. Bundan istifadə edərək müvafiq mütəxəssislərə müraciət etmək lazımdır. İlanı məcbur edərək başqa yerə qaçırmaq düzgün deyil, çünki bu halda o, daha gizli və əlçatmaz sığınacaq tapa bilər".
Ləhiş bağlarında yaşayış evindən ilan çıxıb - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər