Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

01 Apr 2026, 15:03 2 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.


Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.


Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.


Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.


Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər