Cəmiyyət

Bakıda dumanlı havanın SƏBƏBİ AÇIQLANDI - FOTO - VİDEO

01 Apr 2026, 14:36 2 baxış
Bakıda dumanlı havanın SƏBƏBİ AÇIQLANDI - FOTO - VİDEO
"Bakıda və Abşeron yarımadasında son dövrlərdə dumanlı günlərin sayında ötən illərlə müqayisədə müəyyən artım müşahidə olunur". Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
"Bu artım həm mövsümi meteoroloji şərait, həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalarla əlaqələndirilir. Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi, eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına və dumanın yaranmasına şərait yaradır.

Son illərdə müşahidə olunan iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırkı müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır və ümumi iqlim meylləri çərçivəsində qiymətləndirilir", - deyə G.Abbasova bildirib.
Bakıda dumanlı havanın SƏBƏBİ AÇIQLANDI - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər