Cəmiyyət

Abşeronda yeni çəkilən yol çökdü - Foto

01 Apr 2026, 14:34 2 baxış
Abşeronda yeni çəkilən yol çökdü - Foto

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən "Zəngilan şəhərciyi"ndə yeni inşa olunan yol qısa müddət sonra çöküb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə çəkilən yolun bəzi hissələrində ciddi çökmə və deformasiya müşahidə olunub.


Yol örtüyündə yaranan bu problemlər həm nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib, həm də sürücülər üçün təhlükə yaradıb.


Sakinlərin sözlərinə görə, yolun bu vəziyyətə düşməsi tikinti zamanı keyfiyyət standartlarına tam riayət olunmaması ehtimalını gündəmə gətirir.

Mənbə axar.az

Oxşar Xəbərlər