Cəmiyyət
Masallıda ev kül oldu: baba və nəvə yanaraq öldü - Foto
Masallı rayonunda fərdi yaşayış evi yanaraq kül olub.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Təxminən 200 kvadratmetrlik evdə baş verən alovlanma qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayev (baba) və onun ikiyaşlı nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadə faciəli şəkildə ölüblər.
Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Mənbə
axar.az