Cəmiyyət
Lökbatan–Güzdək yolunda körpü uçub: "Bir ildir vəziyyət belədir" - VİDEO
Bakı şəhərinin Qaradağ rayonunda körpünün uçması sakinlərin həyatını çətinləşdirib və narazılığa səbəb olub. Oxu.Az xəbər verir ki, vətəndaşların bildirdiyinə görə, körpü bir ildir bu vəziyyətdədir. Onlar iddia ediblər ki, Lökbatan-Güzdək avtomobil yolunda olan körpünün bərpası istiqamətində bu müddətdə hər hansı iş görülməyib: "Yol bağlıdır, giriş-çıxış yoxdur". Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb. Ərazidən görüntünü təqdim edirik:
Mənbə
oxu.az