Cəmiyyət

Sərhəddə əməliyyat: 322 axtarışda olan şəxs saxlanıldı

01 Apr 2026, 12:54 2 baxış
Sərhəddə əməliyyat: 322 axtarışda olan şəxs saxlanıldı
Mart ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər