Cəmiyyət
Bakı-Balakən-Bakı marşrutu üzrə yeni dayanacaqlar təyin edildi
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar təyin edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Axar.az-a verilən məlumata görə, aprelin 1-dən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır.
Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.
Mənbə
axar.az