Cəmiyyət

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

01 Apr 2026, 10:38 2 baxış
Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz Rəşad Fəzail oğlu Məmmədov həlak olub.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Diasporu məlumat yayıb.


Bildirilib ki, həmyerlimiz martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə həyatını itirib.


Qeyd edək ki, R.Məmmədov müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində olub, dəfələrlə yaralanmasına baxmayaraq yenə döyüşlərə qayıdıb.

Mənbə axar.az

Oxşar Xəbərlər