Cəmiyyət

İntensiv yağışların fəsadı: Bibiheybət yolunda uçqun - VİDEO

28 Mar 2026, 22:36 2 baxış
İntensiv yağışların fəsadı: Bibiheybət yolunda uçqun - VİDEO
Bakıda Bibiheybət qəbiristanlığının qarşısından keçən yolda torpaq uçqunu olub. Oxu.Az xəbər verir ki, iki gündür paytaxtda müşahidə olunan intensiv yağıntılar ərazidə torpaq qatının yumşalmasına və qoparaq yolun hərəkət hissəsinə tökülməsinə səbəb olub.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkə ərazisindəki sürüşmə zonalarında mütəmadi monitorinqlər aparılır. Rəsmi açıqlamada qeyd olunub ki, respublikanın mövcud sürüşmə sahələrində aparılan müşahidələr zamanı proseslərin dinamikasında hər hansı ciddi aktivləşmə və ya kəskin dəyişiklik qeydə alınmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər