Cəmiyyət

Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - VİDEO

28 Mar 2026, 20:12 2 baxış
Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - VİDEO
Bakının bir çox rayonlarında "Xruşovka" tipli evlərin sayı dörd minə çatmaqdadır. Belə ki, ilkin mərhələdə bu tikililərdən 1 500-ü söküləcək. Həmin "Xruşovka"ların yerləşdiyi ərazilərə Yasamal, Binəqədi, Sabunçu və Suraxanı kimi rayonlar daxildir.
Bu tip binaların sökülmə ehtimalı yüksək olduğu üçün onların qiyməti də şəhərdəki evlərdən yüksək olur. Mütəxəssislər İctimai TV-yə bildirirlər ki, bu evlərin kvadratmetri 2 000 manata qədər çıxır. Bu baxımdan da bir çox insanlar "Xruşovka"lardan investisiya mənbəyi kimi istifadə edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər