Cəmiyyət
BŞİH müavini ərazilərə baxış keçirib, tapşırıqlar verilib - VİDEO
Martın 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətləri və digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bəzi ərazilərdə artıq ikinci gündür davam edən aramsız yağışlar nəticəsində kollektorlar vasitəsilə suların kənarlaşdırılmasında çətinliklər yaranıb. Bununla əlaqədar BŞİH başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmış monitorinq qrupları problemli əraziləri müəyyən edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edirlər. Hazırda şəhərin müxtəlif hissələrində yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Mənbə
oxu.az