Cəmiyyət
Biləsuvarda motosiklet aşıb: Xəsarət alanlar var
Biləsuvar rayonunda motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Aranlı kənd sakini Elnur Bayramovun idarə etdiyi motosiklet qəfil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü özü və motosikletdə olan sərnişin - 1979-cu il təvəllüdlü Samir Matıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az