Cəmiyyət
Şahdağa qar, bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
Martın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda beş, Tərtərdə dörd, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan və Ağdamda üç, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı, Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda iki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, eləcə də Bakıda və Abşeron yarımadasında bir mm-dək qeydə alınıb. Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək güclənib. Sumqayıt, Daşkəsən, Göygöl, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Şamaxı, Qusar, Qobustan, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Mənbə
oxu.az