Cəmiyyət

Bu gün Beynəlxalq Novruz günüdür

21 Mar 2026, 10:28 2 baxış
Bu gün Beynəlxalq Novruz günüdür

Bu gün Beynəlxalq Novruz günü kimi qeyd olunur.


Axar.az xatırladır ki, BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.


Bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.


"Yeni gün" mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.


Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər