Cəmiyyət
Zığ qəsəbəsində YOL PROBLEMİ: "Pulunu yedilər, buranı düzəltmədilər" - VİDEO
Suraxanı rayonu, Zığ qəsəbəsi, səkkizinci Zığ küçəsindəki yollar illərdir yararsız vəziyyətdədir. Baku TV-nin məlumatına görə, asfaltlanmayan və çala-çöküklü olan yolların, xüsusilə, yağışlı havalarda palçıqla dolması sakinlər üçün ciddi problemə çevrilib.
Küçədə işıq dirəklərinin olmaması isə gecə saatlarında sakinlərə əlavə çətinlik yaradır. "10-15 ildir küçə bu vəziyyətdədir. Belə yaşamaq mümkün deyil", "Digər küçələri düzəltdilər, amma bura baxan olmadı. Pulunu yedilər, buranı heç düzəltmədilər", - deyə sakinlər öz şikayətlərini qeyd ediblər.

Mənbə
oxu.az