“Neftçi” “Arsenal”la oyuna gedə bilmir – SƏBƏB

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Neftçi” klubunu Rusiyaya aparmalı olan təyyarə texniki nasazlıq səbəbindən havaya qalxa bilməyib.

Bunu Oxu.Az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənski bildirib ki, problemin həlli üçün təyyarə dəyişdirilib və komanda saat 11:00-da yola düşəcək.

Qeyd edək ki, iyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Arsenal” – “Neftçi” oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Rəylər

You may also like...