Nazir: “İşğaldan azad edilmiş ərazilərdə tapılan meyit qalıqları müayinə edilir”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqdan gətirilmiş meyit qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinələrdən keçirilir.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

T.Musayev bildirib ki, bu prosesə tələb olunan bütün avadanlıqlar və təlimlərdən keçən mütəxəssislər cəlb olunublar.

“Bu barədə daha ətraflı məlumat, yəqin ki, proses yekunlaşdıqdan sonra veriləcək”.

Xatırladaq ki, kütləvi məzarlıqlar Xocalı rayonunun Fərrux kəndində, Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR