“Naxçıvan istiqamətində atəşkəsi ermənilər pozub” – MN

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumatda deyilir:

“Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir. Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.

Rəylər

OXŞAR XƏBƏRLƏR