NATO İraqda yeni qərargah açır

“NATO İraqın Ərbil şəhərində ikinci qərargah açmağı planlaşdırır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ərbildə mətbuat konfransında deyib.

O bildirib ki, avropalı hərbi müşavirlər İraq Kürd Regional Hökumətindəki işlərini davam etdirəcəklər:

“İraq Kürd Regional Hökuməti İraqın və bölgənin sabitliyində önəmli rol oynayır. Ərbil və Bağdad arasında yaxşı əlaqələri görməkdən məmnunluq duyacağıq. Bu əlaqələri gücləndirməyə çalışacağıq”.
Borrell əlavə edib ki, Aİ İŞİD-ə qarşı İraq Kürd Regional Hökumətini dəstəkləməkdə qərarlıdır:

“Təşkilatın hələ də bitmədiyinin fərqindəyik. Ərbildə hərbi müşavirlər üçün ikinci NATO qərargahının açılması ilə yanaşı, Aİ-yə məxsus hərbi müşavirlər İraq Kürd Regional Hökumətindəki işlərini davam etdirəcəklər”.

Rəylər

OXŞAR XƏBƏRLƏR