NASA-nın yeni robotu “Perseverance” bu gün Marsa gedir

NASA bu gün Marsa araşdırmalar aparmaq üçün “Perseverance” adlı robot göndərəcək.

“HaberGlobal” xəbər verir ki, o, keçmişdə “Qırmızı planet”də həyatın olub-olmadığını müəyyən etməyə çalışacaq.

“Perseverance” orada daha əvvəl su izlərinə rast gəlinən Jezero kraterinə gedəcək.

Robot burada qayaları qazacaq və təbaşir ölçüsündə nümunələr götürəcək. Onlar planetin səthində qalan qutulara yığılacaq. Sonradan göndəriləcək başqa bir robot nümunələri toplayaraq analiz üçün Yerə gətirəcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR