NASA Günəşin “qaşqabaqlı” şəklini paylaşdı – FOTO

ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) Günəş Dinamikası Rəsədxanası Günəşin yeni fotosunu dərc edib.

Fotoda Günəşin “qaşqabaqlı” olduğu bildirilib.

Belə ki, Günəş Dinamikası Rəsədxanası daha əvvəl Günəşin “gülümsədiyi” fotosunu paylaşmışdı. Yeni görüntülərdə isə Günəş “qaşqabağını tökdüyü” müşahidə olunur.

“Keçən ay yayımlanan gülərüz simadan sonra Günəşin indiki əhval-ruhiyyəsi… O, əsəbi və qaşqabaqlı görünür”, – deyə Rəsədxananın “Twitter” hesabındakı paylaşımda qeyd edilib.

NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) 2010-cu ildən bəri Günəşi müşahidə edən NASA missiyası kimi tanınır.

Mənbə: Haber Global

Rəylər

OXŞAR XƏBƏRLƏR