NASA elektrikli təyyarəsinin ilk uçuşunu keçirəcək

Elektrikli X-57 qurğusu ilə eksperimental təyyarənin ilk uçuşunun 2023-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

Bu barədə çərşənbə günü mətbuat konfransında ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson bildirib.

“Biz elektriklə çalışan təyyarə üzərində işləyirik. Biz bu il X-57-ni uçuracağıq. O, müasir təyyarələrdən daha səssiz, səmərəli və ekoloji cəhətdən təmiz olacaq”, – Nelson deyib.

Qeyd edək ki, NASA hələ 2016-cı ildə elektrikli təyyarə layihəsi üzərində işlədiyini açıqlamışdı. Artıq 2017-ci ildə ilk sınaq uçuşu planlaşdırılıb, lakin dəfələrlə təxirə salınıb.

Mənbə: TASS

Rəylər

OXŞAR XƏBƏRLƏR